Salyanlı məşhur iş adamı yeyintidə ittiham olunur

Salyan

Bir müddət əvvəl oğluna toy edərək adı mətbuatın dillər əzbəri olan məşhur Salyanlı iş adamı Hacı Qurban Abbasovla bağlı yeni və maraqlı məlumatlar meydana çıxıb. Daxil olan məlumata görə, 24 “Gelandewagen” avtomobilindən ibarət “Mercedes” toy korteji təşkil edə niş adamı bununla rəqiblərinə göz dağı vermək fikrində olubmuş.

Amma bu dəfə Hacı Qurban Abbasovun adı tender oyunlarında hallanmağa başlayıb. Belə ki, onun Melorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə dəyəri 350 min manatdan çox olan tenderlərin qalibi olduğu aşkarlanıb. Əldə etdiyimiz məlumata görə, bu tenderlərdən biri sözügedən dövlət qurumunun Salyan Suvarma Sistemləri İdarəsinin işlərini görmək məqsədi ilə keçirilib. Elektrik mühərriklərinin əsaslı təmirini həyata keçirmək üçün Hacı Qurbanın nəzarətində olan «İlkin-N» şirkətinə 56760 manat pul ayrılıb.

Yenə həmin dövlət qurumu Salyan Suvarma Sistemləri İdarəsi üçün mexanizmlərin ehtiyat hissələrinin satın alınması məqsədi ilə «İlkin-N» firmasına 44321 manat pul verib. Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin alınmasına «İlkin-N» fiomasına ayrılmış məbləğ isə bir qədər çox olub: 128610 manat.

Melorasiya və Su Təsərrufatı ASC-nin sonuncu belə əməliyyatı isə yenə Salyan Suvarma Sistemləri İdarəsi ilə bağlı olub. Bu dəfə idarəyə təmir-tikinti işləri üçün tikinti materiallarının alınması məqsədi ilə «İlkin-N» firmasına 115162 manat pul verilib.

Qeyd edək ki, Hacı Qurban Abbasovun faktiki olaraq xeyli sayda biznesləri var. «İlkin-N» və «Nigar LTD» şirkətlərinin də ona məxsus olduğu çoxdan təsdiqlənib. Hər iki şirkət məşğur iş adamının uşaqlarının adını daşıyır.(dia.az)