Şamaxıda torpağ biznesi

59

 

Şamaxı mərkəzində bir qarış torpaq qızıl qiymətinə olub

Şamaxı  mərkəzində torpaq sahəsi qalmayıb. Xalq.az-a verilən məlumata görə, icra başçısı Asif  Ağayev torpaq alverinə girişmiəsindən sonra rayon mərkəzində hal hazırda bir qarış ərazi tapmaq mümkün deyil.Sakinlərin bildirdiyinə görə, icra başçısı artıq Şamaxıda   torpaq saxlamayıb hamısını satıb. İddialara görə, İcra hakimiyyətinin başçısı Asıf Ağayev  rayon mərkəzində torpaqları həddindən artıq baha qiymətə satdığından, onu alanların əksəriyyəti elə yerli məmurlar olublar. Hətta belə bir xəbər də dolaşır ki, sözügedən şəxs hazırda illərdən bəri dükan tikərək işlədən şəxslərin də torpaq sahələrini əllərindən almağa hazırlaşır. Üstəlik, o da deyilir ki, həmin dükanlar sökülərək, yerləri başqalarına satılacaq. Asif Ağayev artıq kəndlərdə belə torpağ satışına start verib. Bələdiyyə sədrləri ilə toplantı keçirərərk boş ərazilər haqqında yeni məlumat verilmısini tələb edib. Görünür Şamaxıda  kənd əhalisinə verilən  pay torpaqlar belə satışa çıxarılacaq.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq