Şamaxıda  39 yaşlı kişi ov silahı ilə ehtiyatsız davranaraq xəsarət alıb.

Şamaxıdan XALQ.AZ -a verilən məlumata görə hadisə  Nağaraxana kəndində qeydə alınıb.

Belə ki, hadisə 1985-ci il təvəllüdlü Səyahət Əsgərovun evdə silahdan ehtiyatsız davranması zamanı baş verib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, S. Əsgərov rayonun Dəmirçi kəndinin icra nümayəndəsidir.


media-ads-728x90

Bənzər xəbərlər