Samsung Galaxy istifadəçilərinə pis xəbər

9

 

 

İsrailli araşdırmaçılar Samsung Galaxy S4-də təhlükəsizlik problemi ilə qarşılaşıb.

Belə ki, araşdırmaçı Mordeçai Guri Samsungun Knox təhlükəsizlik sistemində istifadəçinin gizli məlumatlarını və e-maillərini izləyən gizli proqram olduğunu iddia edib.

Samsung Galaxy S4 təxminən 2 ay əvvəl keçirilən testdən də yaxşı qiymət almayıb. 5 ağıllı mobil telefon üzərində aparılan dözümlülük testində 1,5 metr yüksəklikdən yerə buraxılan və suya atılan telefonlar öz güclərinə görə qiymətləndirilib. Test zamanı iPhone 5, iPhone 5S, iPhone 5C, Samsung Galaxy S4 və Google Moto X arasında ən pis performansı Galaxy S4 göstərib. Telefon suda 10 saniyə qalandan sonra sıradan çıxaraq xarab olub.(publika.az)