media-111

Bildiyimiz kimi sabah 29 yanvar 2025-ci il tarixində ölkədə bələdiyyə seçkiləri keçiriləcək.

Artıq bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.

XALQ.AZ-a daxil olan məlumata görə Səbail və Badamdar bələdiyyəsinə namizədlər arasında  hazırkı Səbail bələdiyyə sədri Hacı Əliyev və Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov  və qohumları   bu seçkilərdə namizəddirlər.

Məlumat üçün bildirir ki,  ötən dövr ərzində mütəmadi ölkə mətbuatında və sosial şəbəkələrdə  Səbail  və Badamdar bələdiyyəsinin fəaliyyətsizliyi ilə bağlı xəbərlər yayılırdı .

Belə ki, ötən illərdə həm Səbail bələdiyyəsinin sədri  Hacı Əliyev həmçinin Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədovun fəaliyyəti heç də qənaətbəxş hesab etmək olmadığına görə seçicilər daha onları bir daha bələdiyyə sədri görmək istəmirlər.

Bütün qeyd olunanlardan fərqli olaraq bu postları əllərindən çıxmasın deyə seçkilərdə sonra manevr edə bilmələri üçün öz qohumlarının  namizədləklərini  irəli sürülməsində  həyata keçiriblər. Xəbər verdiyimiz kimi, Badamdar bələdiyysəinin sədri olan Təzaxan Məmmədovun qızı Vahidova Nəzrin Təzaxan qızı Səbail bələdiyyə üzrə  namizəd kimi qeydə alınıb. Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin isə öz nəvəsi  Nurel Kərim  Badamdar bələdiyyəsi üzrə namizəddir.

media-222

Həmçinin Hacı Əliyevin qohumu Nəcəfova Pərvin Fərhad qızıda Səbail bələdiyyəsindən namizəddir. Məlumatlarda qeyd olunur ki, təbliğat-təşviqat kampaniyası zamanı Badamdar bələdiyysəinin sədri olan Təzaxan Məmmədovun qızı Vahidova Nəzrin nə də ki, Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin  nəvəsi  Nurel Kərim heç biri seçicilərlə görüşdə iştirak etməyiblər. Seçicilərin bildiriyinə görə onlar bu namizədlərin fotolarına ancaq plakatlarda görüblər.  Səbail  sakinləri  Nəzrin Vahidovanı  tanımadıqlarını qeyd etdilər, Badamdar sakinləri isə  Nurel Kərimi görmədiklərini söylədilər,Təşviqat zamanı digər namizədləri gördüklərini bildiriblər.

media-223

Araşdrımalarımız zamanı bir daha məlum olmuşdur ki, təşviqat zamanı bir necə görüşdə iştirak edən eks sədrlər bu məsələnin  sakinləri arasında  üzə çıxmaması üçün təbliğatla məşgul olanlara  xəbərdar etmişlər.  Lakin qohumluq əlaqələri birüzə verməsələrdə onları tanıyanlar bu məsələdən xəbərdar olmuşlar.

Bu məsələ ilə bağlı Hacı Əliyevlə əlaqə saxladıq o bildirdi ki,  “Nəvəm  Nurel Kərim görüşlərdə iştirak etməməsi barədə bir söz deyə bilməz dəyə bildirdi. Təzaxan Məmmədov isə  qızı Nəzrin Vahidova  namizədliyi və təbliğat zamanı görüşlərdə iştirakı barədə məlumatın olmamasını qeyd etdi.

Qeyd edək ki,MSK-nın rəsmi məlumatında Badamdar bələdiyyəsinin sədri Təzaxan Məmmədovun qızı Vahidova Nəzrin Təzaxan qızı Səbail bələdiyyəsi üzrə seçkilərində namizəd kimi qeydə alınıb. Səbail bələdiyyəsinin sədr Hacı Əliyevin nəvəsi Nurel Kərimi isə Badamdar bələdiyyəsi üzrə və qohumu Pərvin  Nəcəfova  Səbail bələdiyyəsi üzrə namizəddillər. Lakin təbliğat təşviqat kampaniyasında  həmçinin  seçicilərlə görüşlərdə belə iştirak etmiyiblər.

media-011 media-022 media-001 media-002


media-ads-728x90

Bənzər xəbərlər