Seçkilər keçiriləcək

Oktyabrın 20-də Moldovada yerli seçkilər keçiriləcək.
XALQ.AZ-ın verdiyi xəbərə görə, Moldova parlamenti bununla bağlı qərar qəbul edib.
Seçki kampaniyası sentyabrın 20-də başlayacaq.
Moldovada yerli seçkilər 4 ildən bir keçirilir. Seçkilər zamanı yaşayış məntəqələri üçün merlər və rayon şuralarının tərkibi seçilir. Mer və şura üzvlərinin mandatı iyunun 14-də bitib.

Yeganə