“Semaşko”nun 10 tibb işçisində koronavirus aşkarlandı

1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan 10 işçidə koronavirus aşkarlanıb.
XALQ.AZ xəbər verir ki, məlumatı Mərkəzdən Oxu.Az-a təsdiq ediblər.
Bildirilib ki, koronavirus testinin nəticələri müsbət çıxan 10 nəfərin tibb müəssisələrində müalicələrinə başlanılıb:
“Klinikanın 10 əməkdaşında koronavirus aşkarlanıb. Onlar arasında tibb bacıları, laborant və xadimələr var. Hazırda onlar müvafiq tibb müəssisələrinə yerləşdiriliblər”.