Xaçmaz Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan ictimai-siyasi və dövlət xadimi Şəmsəddin Xanbabayev vəfat edib.

Bu barədə XALQ.AZa mərhumun yaxınları məlumat verib.

Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib. O, sabah Bakıda dəfn ediləcək.

Qeyd edək ki, Şəmsəddi Xanbabayev  1939-cu il  Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olmuşdur.  1990–1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ollunmuşdur.   2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni,  2014-cü il tarixli sərəncamı ilə “Şərəf” ordeni,   2019-cu il tarixli sərəncaml ilə “1-ci dərəcəli əmək” ordeni,  2024-cü il tarixli serencami ile ” Heyder Eliyevin 100 illiyi ” yubiley metali ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin.


media-ads-728x90

Bənzər xəbərlər