“Separatçıların qondarma rejiminin ömrü o qədər də qalmayıb”Deputat

“Həkəri çayı üzərində Laçın sərhəd nəzarət keçid məntəqəsinin yaradılması Ermənistanın çirkin niyyətlərinə davam etdirilməsini məhdudlaşdırmayıb. Ermənistan Laçın yolu vasitəsilə separatçılara silah-sursat daşıyır, canlı qüvvəsinin rotasiyasını aparırdı. Amma sərhəd postumuzda ciddi nəzarətin təşkili bu arzuların davam etməsinin qarşısını aldı”. Bu sözləri  deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, ikinci həftədir ki, Ermənistana məxsus üzərində “Spayk” yazılan avtomobil karvanı Laçın sərhəd postunun qarşısındakı yolda saxlanılıb: “44 günlük Vətən müharibəsi dövründə Gürcüstan ərazisindən “Spayk” yazısı olan avtomobillərlə pamperslərin arasında hərbi təyinatlı məhsulların daşındığını müəyyən olunmuşdu. İndi də humanitar yük adı altında “Spayk” yazılı avtomobillərində nə daşındığı məlum deyil.

Azərbaycan Ermənistandan Qarabağa daşımaların qanunsuz olduğunu bildirir və yüklərin daşınmasının qarşısı alınıb. Əslində ermənilərin öz təxribatlarına görə yüklərin daşınmasının davam etdirilməsi dayandırılmışdır. Amma bununla yanaşı Azərbaycan Qarabağda yaşayan ermənilərin humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu bildirir. Ermənistan və separatçılar birdəfəlik anlamalıdırlar ki, Qarabağ Azərbaycanın ərazisidir və ordakı bütün hərəkətlər ölkəmizin qanunlarına uyğun tənzimlənməlidir”.

Deputat sözlərinə belə davam edib: “Separatçılar Rusiya sülhməramlılarının bayrağı altında hərbi yükələrin məntəqələrə daşınmasına davam etməkdədir. Bunun da müvəqqəti hal olduğunu hesab edirəm. Yəni, Azərbaycanda separatçılığın gələcəyi yoxdur. Bunu başa düşən bəzi ermənilər qaynar xətt vasitəsilə Azərbaycan vətəndaşlığı necə almaq mümkün olduğunu müəyyənləşdirirlər. Ermənistan Qarabağda silahlıların saxlanmasının son dövrünü yaşayır. Azərbaycan addım-addım irəliyə gedir və ermənilərin reinteqrasiyası prosesinə yaxınlaşır. Atalar misalı var ki, “Gəmidə oturub kapitanla mübahisə etmək olmaz”. Ermənilərin yeganə çıxış yolu öz çirkin arzularından əl çəkmək və Azərbaycana yardım üçün müraciət etməkdir. Əgər bu gün Qarabağda yaşayan sadə ermənilər separatçıların təzyiqi altında səslərini çox ucalda bilməsələr də yaxın zamanlarda onların separatçılarla qarşıdurma olacağını qaçılmaz hesab edirəm. Separatçıların qondarma rejiminin ömrü o qədər də qalmayıb. Bu məsələni separatçıların rəhbərləri anladığını öz müsahibələrində bildirirlər. Qarabağ Azərbaycandır!”.