Serbiyada fəlakətdə Konçitanı günahlandırdı

koncata

Serbiya və Bosniya Hersoqovinanı viran qoyan sel, daşqınların günahkarı tapılıb. Sən demə fəalakətə səbəb “Eurovision 2014″ün qalibi Konçitadır.

XALQ.AZ-ın məlumatına görə, baş verən hadisəyə bir məsul axtaran Serbiyada rahibləri bu fikirlə çıxış ediblər. Onların açıqlamasında qeyd edilir ki, bu fəlakət “ilahi bir cəza”dır. Buna səbəb isə “Eurovision 2014” mahnı müsabiqəsində Avstriyalı transseksual, saqqallı qadın Konçita Vürstün qalib olmağıdır.

“Bu təsadüfü bir fəlakət deyil, əksinə xəbərdarlıqdır. Allahın yağışı insanlara xəbərdarlıq üçün göndərir”- deyərək onlar hər kəsdə maraq oyadıblar.

Qeyd edək ki, sel fəlakəti adıçəkilən ölkələrdə 50-yə yaxın insanın ölümünə səbəb olub.