Sevdiyi qıza görə oğurluq etdi

Hebs

 

Göz yaşlarını saxlaya bilməyən bu gəncin cəmi 22 yaşı var. Əməlinə görə isə valideynlərindən üzr istəyir. Əslən Şərur rayonundan olan Məmmədov Əvəz İsfəndiyar oğlu silsilə oğurluqlar törətdiyi üçün Binəqədi polisi tərəfindən saxlanılıb. Amma bu haqda az sonra. Deməli evli və bir uşaq atası olan Əvəz müvəqqəti eşqinin badına gedib.

Onun sözlərinə görə bir neçə il öncə Bakıdakı barlardan birində Nigar adlı xanımla tanış olub. Aralarında yaranan səmimi münasibət sonda Əvəzi ailəsindən edib. Hətta 2 aylıq körpəsini belə gözə almayan Əvəz həmin xanımla bir mənzildə yaşamağa başlayıb. Xanıma olan sevgisini sübut etmək üçün onun adının baş hərfini hətta qoluna belə döydürməkdən çəkinməyib. Heç demə cinayətə əl atmasına da səbəb məhs Nigara olan sevgisi imiş.

Əvəzin ələ keçirdiyi qızılların sonrakı aqibəti də məlum olub.

Binəqədi RPİ-nin baş əməliyyat müvəkkili, Vaqif: “Qızılları satıb, öz vəsiqəsi ilə, hələ ki, 3 fakt üzrə cinayət işi başlanılıb.”

Çəkiliş zamanı maraqlı bi söhbətin də şahidi oldum. Belə ki, müsahibim olan Əvəz deyir ki, əslində mən oğurluq edən deyildim. Çünkü bilirdim ki, bunun sonunda dəmir barmaqlıqlar var. Amma Nigar məni əmin edirdi ki, işində ol, səni heç kim ələ keçirə bilməz. Səbəbinə gəlincə isə, yaxşı olar bunu elə Əvəzin özü desin.

Saxlanılan şəxs Əvəz Məmmədov: “ Mənə cadü elədi, bağladı özünə. Çimizdirdi, polis tutmasin səni”

Deməli heç cadu-pitinin də cinayəti ört basdır etməyə gücü çatmaz. Elə bu səbəbdəndir ki, artıq əldə olunmuş faktda bağlı cinayət işi açılaraq araşdırmalar aparılır. İstintaq Əvəzin bu kimi digər cinayətlərini də ortaya çıxartsa, onda Əvəz yaxın 10 ili həbsxanada keçirməli olacaq, yəni Nigarını görmədən. Hə, elə yeri gəlmişkən, onu da deyim ki, artıq hələlik soyadı məlum olmayan Nigar haqda da cinayət işi açılıb və o axtarışa verilib