Sevigilisi ilə konsertə getdi, minlərlə insanın qarşısında saçyoldu-Video
Bakıda keçirilən “Bu Şəhərdə” konserti başlamazdan öncə tamaşaçılar qəribə hadisənin şahidi olublar.
XALQ.AZ xəbər verir ki, konsert başlamazdan öncə bir xanım həyat yoldaşının başqa bir xanımla konsertə gəldiyini görüb və qəzəblənib. Qəzəblənmiş qadın dərhal ərinə yaxınlaşaraq ona qışqırıb və suallar verib.
Qadın həyat yoldaşı ilə konsertə gələn xanımın saçlarını yolub və əlbəyaxa dava edib.
Tamaşaçılar əvvəlcə bunun qurma olduğunu düşünüblər. Bir az keçəndən sonra isə məsələnin ciddiyətini anlayıblar.
Daha sonra yayılan görüntülərlə bağlı açıqlama verən “Bu şəhərdə” kollektivi, bunun konsertin bir hissəsi olduğunu açıqlayıb.
Həmin anların görüntülərini təqdim edirik: