Sevinc Fətəliyeva konfransda çıxış etdi

  Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Komissiyası və Avropa Şurasının birgə layihəsi olan “Avropada uşaq iştirakçılığı üzrə milli çərçivələrin və fəaliyyətin gücləndirilməsi (CP4Europe)” layihəsinin icrasının nəticələri müzakirələrinə həsr olunmuş konfransda iştirak edib.
Konfransda #CP4Europe layihəsinin tərəfdaş ölkələrindən Çexiya, Finlandiya, İslandiya, Portuqaliya və Sloveniyadan gələn gənclərlə uşaq iştirakının milli strategiyasını hazırlamaq, bütün səviyyələrdə qərar qəbul etmə prosesində uşaqların mənalı iştirakının həyata keçirilməsində qarşılaşılan çətinliklərin öhdəsindən gəlmək və onlara cavab vermək, sağlam mühitin qorunmasında uşaqların rolu və vəzifələri, süni intellektin həyatımıza mənfi və müsbət təsiri və digər məsələlər ətrafında maraqlı müzakirəkər aparılıb.