Sevinc Həmzəyeva “Lexus“unu satıb kollecin damını təmir etdirib?
UNEC nəzdində Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva şəxsi vəsaiti hesabına rəhbərlik etdiyi təhsil müəssisəsini təmir etdirib.
Qlobal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə direktor “Lexus” markalı avtomobilini sataraq Qida Sənayesi Kollecinin damını təmir etdirib.
Sevinc Həmzəyeva
Sosial şəbəkələrdə əksər insanlar məktəb direktorunun bu addımını alqışlasa da, bəziləri dövlətin təhsilə kifayət qədər vəsait ayırdığını bildirərək məktəb direktorunun özünü reklam etdiyini yazırlar.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin Almaz Məmmədova adlı tələbəsi direktordan mətbuata etdiyi şikayətində Sevinc Həmzəyevanın “Lexus” avtomobilini sataraq kolleci təmir etdirdiyini yazırdı.
Xatırladaq ki, Sevinc Həmzəyeva 2024-cü ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
O, 3 iyun 2024-cü il tarixində UNEC nəzdində Qida Sənayesi Kollecinə direktor təyin edilib.