media-822

“SOCAR Midstream Operations” MMC-yə yazılan protokola növbəti dəfə baxılacaq tarix açıqlanıb.

XALQ.AZ Pravda.az istinadən xəbər verir ki, sənədə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə fevralın 6-da baxılacaq.

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd edək ki, cərimələnməsi gözlənilən “SOCAR Midstream Operations” MMC-nin Baş direktoru Fərhan Əliyev Çingiz oğludur


media-ads-728x90

Bənzər xəbərlər