“Sevinc Mall”da intihara cəhd etdi-3 mərtəbədən özünü atdı …..
Gənc şair Həsən Kür özünü öldürməyə cəhd edib.

XALQ.AZ Lent.az-a istinadən xəbər verir ki, hadisə “Sevinc Mall” ticarət mərkəzində qeydə alınıb.

O, özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.
Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.
İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
****
TƏBİB-dən bildirilib ki, hazırda onun vəziyyəti ağırdır
“22.02.2025-ci il tarixində saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”, – məlumatda deyilir.