Sevirəm amma…

37

Salam,mənə məsələhət verin.Əsəbim çox pozulub, xalam oğlu uşağlıqdan məni sevirdi.Bunu  bilirdim, mən də ona qarşı laqeyid deyildim amma, tam sevib sevmədiyini də bilmirdim.
Sonra biz böyüdük və o mənə elçi göndərdi. Mən onu sevib-sevmədiyimdən əmin olmadığımdan “yox” dedim. Amma sonra məndən əlaqəni kəsdi. Mən isə çox peşman oldum, 7 aydan sonra ona zeng edim.
Mənim razı olduğumu biləndə, o da cox sevindi. Onu deyim 10 ildən çoxdu o məni sevir .Beləcə razılaşdıq.
Amma, o biri xalam oğlunun məni sevdiyini öyrəndiyimdə o da mənə elçi göndərmişdi. Əvvəl inamadım, çox təəccübləndim, heç belə bir şey ağlımada gəlməzdi. Sən demə, oda 3-4 il idi oda məni sevirmiş. Ona da “yox” dedim, amma əl çəkmək istəmir.
Deyir:Səndən əl çəkməyəcəm, səni qaçırdacam.Bu söhbət belə qutarmayacaq.