Seymur Orucov sakinləri narahat edən məsələri həll etdi

Ağstafa RİH başçısı Seymur Orucov növbəti dəfə Mərkəzi bazar, bir sıra ticarət və xidmət obyektlərindəki mövcud şəraitə diqqət yetirib

Mərkəzi bazarda mövcud sanitar-gigiyenik vəziyyət nəzərdən keçirilib, əhaliyə müxtəlif növ qida və qeyri qida məhsulları təklif edən satıcılarla profilaktik söhbətlər aparılıb, göstərilən xidmətin keyfiyyətinə dair sahibkarlara müvafiq tövsiyələr verilib.