Seymur Orucov müxalifət gənclərinə çağırış etdi

Ümumiyyətlə, bütün Azərbaycan vətəndaşlarına bərabər hüquq verilib. Bu gün artıq müxalifətin ən böyük taktikası, arzusu ondan ibarətdir ki, ajiotaj yaratmaqla nəsə əldə etməkdir. Çünki xalq tərəfindən bunlara dəstək olmur. Onlara ancaq havadarları dəstək olur”.

XALQ.AZ xəbər verir ki, bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasi Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, hər hansı bir aksiyanı, piketi və yaxud tədbiri həyata keçirəndə bunun arxasında birinci növbədə xalq kütləsi gəlməlidir və onları dəstəkləyən qüvvələr olmalıdır: “Amma onlar artıq bunu edə bilməyəcək qədər zəifləyiblər. Onların yanlarında yalnız 5-10 nəfər insan qalıb. Bunun üçün də qanunu pozmaqla məşğul olurlar və diqqəti özlərinə cəlb etməyə çalışırlar. Onların yanlarında olan gənclərin isə sosial şəbəkələrdə heç “facebook” səhifələri real deyil. Bunu hamı bilir. Mən bunu edən gənclərimizə üzümü tutub deyirəm ki, siz bunların arxasınca getməyin. Onlar cəmiyyət tərəfindən qəbul edilməyən anti-milli ünsürlərdirlər. Əgər bunlar özünə güvənməyib xaricdən dəstək alırsa, millət onları heç zaman dəstəkləməyəcək. Ötən gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-ci ildönümü qeyd edildi. Bu gün xalq bizi, cənab Prezidentimizi dəstəkləyir. Xalq iqtidarla birlikdədir. Müxalif gənclərimizə üz tutub deyirəm ki, bu işlərdən əl çəksinlər və yalnız öz dövlətlərini sevsinlər. YAP Gənclər Birliyinin qapıları onlara açıqdır. Qoy gəlib siyasi fəaliyyətlərini burada davam etdirsinlər”.

 

Orxan