Seymur Orucov növbəti dəfə sakinlərlə görüşdü

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Qıraq Kəsəmən kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Səyyar görüşdə başçının müavinləri, aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatlarının rəhbərləri işitrak ediblər. Öncə səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Kənddə əhalini narahat edən məsələlər araşdırılıb, sakinlərin təklif və müraciətləri qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????