Seymur Orucov növbəti səyyar görüşlər keçirib

Xılxına kənd tam orta məktəbində keçirilən bu, səyyar qəbulda da rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, RİH başçısı aparatının və müvafiq təşkilatların məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

RİH başçısı diqqətə  çatdırıb ki, ölkə rəhbərliyinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq yerlərdə səyyar qəbulların təşkilinin başlıca məqsədi əhalini narahat edən məsələləri dərindən araşdıraraq  operativ həllinə nail olmaqdan ibarətdir.

Səyyar qəbulda vətəndaşların qaldırdıqları məsələlər ətrafında aidiyyəti üzrə məsul şəxslərlə birlikdə geniş müzakirələr aparılıb, həlli ilə bağlı müvafiq tədbirlər müəyyən edilib.

 

****

 

Qarahəsənli kənd tam orta məktəbin həyətində təşkil olunan səyyar qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanların rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri iştirak ediblər.

RİH başçısı qeyd edib ki, ölkəmizin davamlı inkişafı naminə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi beynəlxalq aləmdə özünü sübut etmiş, həmçinin Cənubi Qafqazın liderinə çevrilmişdir.

Səyyar qəbulda vətəndaşların irəli sürdükləri təklif və müraciətlər qəbul olunaraq həlli ilə bağlı nəzarətə götürülüb.