media-37

Ağstafada vətəndaşların səyyar qəbulunun növbəti ünvanı Qaçaq Kərəm kənd yaşayış məntəqəsi olub.

XALQ.AZ məlumat verir ki, Ağstafa RİH başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Qaçaq Kərəm kənd tam orta məktəb binasında keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Qəbulda çıxış edən RİH başçısı qeyd edib ki, hər kəs ölkəmizin bütün sahələrində artan uğurlarına diqqət yetirdikdə Prezident İlham Əliyevin  müdrik və qətiiyyətli  rəhbərliyini açıq-aydın görür. Azərbaycan 30 ildən artıq işğal altında qalan torpaqlarında tam suverenliyini bərpa etməklə Cənubi Qafqazda davamlı sülh, sabitlik və regional rifah üçün tarixi fürsət yaratmışdır. Hazırda dünyanın geosiyasi mənzərəsinin heç də ürəkaçan olmadığı bir zamanda regionun lider dövləti kimi Azərbaycan daxili sabitliyini əzmlə qoruyub saxlayır və daha da möhkəmləndirir. Ölkəmizin sabitlik modeli bir çox dövlətlər tərəfindən nümunə kimi qəbul olunur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. İrəli sürülən təklif və müraciətlərə dair aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilib, hər bir məsələnin həlli tədbiri müəyyən edilib.

media-33 media-34 media-35 media-36 media-37 media-38 media-39 media-40 media-41


media-ads-728x90

Bənzər xəbərlər