Seymur Orucov sakinlərin problemlərini həll etdi

Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Qarayazı qəsəbəsində keçirib

Seymur Orucovun başçılığı ilə keçirilən vətəndaş qəbulunda RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

RİH başçısı diqqətə çatdırıb ki, ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq yerlərdə bu cür səyyar qəbulların təşkilinin əsas məqsədi əhalini narahat edən məsələləri daha dərindən araşdıraraq operativ həllinə nail olmaqdan ibarətdir.

Səyyar qəbulda vətəndaşların irəli sürdükləri müraciət və tkliflər qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsul şəxslərə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Qarayazı qəsəbə sakinləri ölkəmizdə mövcud sülh və əminəmanlığa görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.