Şeyxülislam Hacı Allaşükür Paşazədə – 65

Seyx

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allaşükür Paşazədənin 65 yaşı tamam olur. Elə bir insan tapılmaz ki, bu əlamətdar gündə şeyxə xoş arzularını diləməsin.

İslam dinin inkişafında özünün xüsusi töhvələri hər birimizin yaddaşlarında əbədi olaraq məskən salıb. Məhz onun əldə etdiyi naliyyətlər ölkəmizi dünya arenasında tanınmasına gətirib çıxartmışdır.

Elə bu səbəbdən Dövlət Başçısı Cənab İlham Əliyev, Şeyxülislam Hacı Allaşükür Paşazədənin əməyini hər zaman yüksək dəyərləndirib. Bu bir faktdır ki, şeyxin həyat və fəaliyyəti ilə bağlı yüzlərlə kitab nəşr olunub. Etiraf edək ki, şeyx haqqında danışmaq nə qədər şərəfdirsə, bir o qədər məsüliyyətli işdir.

Təbii ki, rəhbər olduğum Xalq İnformasiya Agentliyin kollektivinin də şeyxə xoş arzuları var. Deyirlər ki, tərifdə, təbrikdə, ümumiyyətlə səmimiyyətdən doğan bütün xoş sözlər müsbət enerjidir. Elə isə biz də bu enerjini sidq üreklə sizə yollayırıq. Çünki buna layiqsiniz. Allah qəlbinizi sıxıntıdan, bədbinlikdən qorusun. Bəlkə də bu ad günü sizi hamıdan əvvəl kollektivimiz təbrik edir.

Arzu edərdik ki, kədər ayağınızın tozu, sevinc başınızın tacı olsun. Ulu Tanrı həyatın şirin nemətini sizlərdən əskiy etməsin. İnanırıq ki, bundandan sonrada sizin əldə etdiyiniz uğurlar, müstəqil Azərbaycanımızın uğru olacaq. Bir daha sizi və ailə üzüvlərinizi səmimi qəlbdən təbrik edirik.
TƏQDİMAT

Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində dünyaya göz açıb. İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmiş, 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir. Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib.

Xalq İnformasiya Agentliyi olaraq Şeyxülislam Hacı Allahşükür Paşazədəni ad günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və müvəffəqiyyətlər arzulayırıq!