Şiələrlə görüşən amerikalı ölkədən qovuldu

sie

Bəhreyn hakimiyyəti bu yaxınlarda ölkənin şiə müxalifət qrupları ilə görüşmüş amerikalı diplomatın təcili ölkəni tərk etməsi barədə qərar qəbul edib.

XALQ.AZ-ın məlumatına görə, Bəhreyn xarici işlər nazirliyi ABŞ dövlət katibinin köməkçisi Tom Malinovskini ölkənin daxili işlərinə qarışmaqda günahlandırır. O, ölkəyə üçgünlük səfərə gəlib.

Bəhreyndə hakimiyyət sünni azlığın əlindədir. Ölkədə demək olar ki, hər gün etiraz mitinqləri keçirilir.