Sığorta müddəti daha 1 il artırılıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna təklif olunan dəyişiklik qəbul edilib.

XALQ.AZ xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il – gələn il martın 4-nə qədər artırılıb.