Silahlı insident: Ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Güngören rayonunda çayxanada silahlı insident olub.

Qazi Osmanpaşa küçəsində yerləşən obyektə silahdan atəş açılıb.

Silahlı qarşıdurma zamanı 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Hadisə yerinə polis və təcili yardım cəlb edilib.

Yaralılar ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər yaralı halda saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.