Siqaret bahalaşdı

 

6

Satıcılar firmaları günahlandırır.

Bakı şəhərində tütün məmulatlarının qiyməti artıb.

XALQ.AZ xəbər verir ki, Bakı şəhərində siqaretlərin qiyməti orta hesbla 20 qəpik artıb.Qiymət artımı bütün növ siqaret markalarında müşahidə olunur. Satıcıların verdiyi məlumata görə, siqaretlərin qiymətinin istehsalçı firmalar tərəfindən artırılıb:“Avropada tütün məmulatlarının qiymətinin bahalaşmasını əsas gətirən istehsalçılar bizə verilən malların qiymətini də artırıblar”.Qeyd edək ki, qiyməti bir müddət bundan əvvəl də siqaretin orta hesabla 10-20 qəpik artmışdı.

Bu günlərdə paytaxtda qara bazarda xarici marka siqaretlərin yığışdırlaması müşahıdə olunurdu.  Belə ki, siqaret istifadəçiləri əksəriyyəti gizli yolla respublikaya gətirilən və aksizi olmayan siqaretlərtlərdən istifadə edirdilər.  Siqaret istifadəçiləri qiymətləri demək olar ki, eyni olan cüzi qiymət fərqi ilə aksizsiz siqaretləri istifadə edirdilər.  Qara bazarda keçirilən reydlər aksizsiz siqaretlərin yığışdırılması nail oldular, və bu gündən aksizli siqaretin qiyməti artırıldı. Bildirir ki,  bütün dünyada siqaret ticarəti ən gəlirli biznesdir. Azərbaycan da bir çox  şirkətlər var ki, Respublikaya siqaret və tütün məlumatları idxal edirlər.