Şirvanda avtoqəzada qadın öldü

40

 

Şirvanda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Xalq.az  xəbər verir ki, Heydər Əliyev prospektində Şirvan sakini, 26 yaşlı Ramal Fürsənd oğlu Əliyev idarə etdiyi “Volsvagen Passa” minik avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Şirvan şəhər sakini, 46 yaşlı Taliyə Arif qızı İbrahimovanı vurub.

Sürücü dərhal yaralını xəstəxanaya aparsa da, avtomabilin zərbəsindən ağır xəsarət alan yaralı Şirvan şəhər mərkəzi xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Şirvan şəhər polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.