Şirvanşahlar Sarayında “İrfani sirlər” adlı sərgi açılacaq

Sentyabrın 28-də Şirvanşahlar Sarayında “İrfani sirlər” adlı sərgi açılacaq.

XALQ.AZ xəbər verir ki, sərgi Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində təşkil ediləcək.

Sərgidə Azərbaycan, Türkiyə, Fransa və Özbəkistandan olan 10 rəssam və heykəltəraşın əsərləri nümayiş olunacaq. Saray ərazisini əhatə edən ekspozisiyada mənəvi həyat və ruh təkamülünün sirlərinə həsr olunan videoart, qrafika nümunələri, instalyasiya və kinetik obyektlər təqdim olunacaq.