Siyəzəndə iki gənc dərmandan zəhərlənib

Siyezen

Siyəzən rayonunda iki nəfər dərmandan zəhərlənib.

APA-nın şimal bürosunun məlumatına görə, onlar Siyəzən rayon sakinləri – 1994-cü il təvəllüdlü Rəhimova Şəbnəm Sərkər qızı və 1994-cü il təvəllüdlü Hüseynov Cavidan Ağazaman oğludur. Hər iki şəxsə Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan Bakıdakı tibb müəssisələrindən birinə göndərilib.

Siyəzən rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, baş verən hadisələrin bir-biri ilə bağlılığı yoxdur. Hər iki hadisənin intihara cəhd olub-olmadığı araşdırılır.