Siyəzəndə meşə yanğının səbəbi bəlli oldu

Mese

Siyəzən rayonunun Kiçik Həmyə kəndi ərazisində yanan meşə massivinin nədən alovlandığının səbəbləri bəlli olub.

XALQ.AZ-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, iyulun 6-da saat 15:00 radələrində Siyəzən rayonu ərazisindəki Siyəzən broyler fabrikinin sexlərinin birində yanğın hadisəsi baş verib.

Əsən külək yanğının daha geniş ərazilərə yayılmasına şərait yaradıb. Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondu torpaqlarını da əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi Şahin Mirzəyev bildirib ki, yanğını hələ tam söndürmək mümkün olmayıb. “Hazırda yanğın ərazisində 6 yanğınsöndürən maşın və FHN-in aviasiya dəstəyinin bir helikopteri də yanğının qarşısını almaq üçün çalışır. Yanğının söndürülməsi işinə həmçinin yerli sakinlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Siyəzən RİH-də fəaliyyət göstərən komissiyanın üzvləri də cəlb olunub. Yanğın bu dəqiqələrdə də davam edir”.