Siyəzəndə yük avtomobili yanıb

8

 

Siyəzəndə yanğın hadisəsi olub.Xalq.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Zarat kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus “Shacman” markalı yük avtomobilinin 1 ədəd təkəri yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.