Şöbə müdiri meriyadan getdi

Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

XALQ.AZ Modern.az-a istinadən xəbər verir ki, Hüquq və kadr məsələləri şöbəsinin müdiri İlqar Əlizadə yeni vəzifəyə təyinatla bağlı vəzifəsindən azad edilib. O, Mərkəzi Seçki Komissiyasında (MSK) Katiblik müdiri təyin edilib.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Hüquq və kadr məsələləri şöbəsinin müdirini Ramil Eyyub oğlu Qədimquliyev əvəz edir.

Bakı Şəhər İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.