SOCAR yeni quyu qazır

Socar

“Günəşli” yatağındakı 8-ci özüldən 34 nömrəli quyuda qazma işlərinə başlanılıb.

ARDNŞ-dən verilən məlumata görə, layihə dərinliyi 3800 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 15 ton kondensat və 150 000 kubmetr qaz hasil ediləcək.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.