“SOCAR”ın əməkdaşı atletlər kəndində intihar etdi

“SOCAR”ın Neftqaztikinti trestinin Atletlər kəndində karantinə alınmış işçisi özünü 5-ci mərtəbədən atıb.

XALQ.AZ məlumat verir ki, bu barədə sosial şəbəklərdə məlumat yayılıb.

Adının açıqlanmadığı “SOCAR”ın Neftqaztikinti trestinin əməkdaşı intihar edib. Son zamanlar “SOCAR” əməkdaşları işə çıxmamışdan öncə 5 gün atlentlər kəndində karantin saxlanılırlar. İntiharın hansı səbədən baş verdiyi haqda məlumat verilmir.

Son zamanlar “SOCAR” əməkdaşları üçün yeni qaydalar yaranıb, 5-10 il işləyən əməkdaşlar hətta fəhlələr belə attestasiyadan keçirilir.

Əmək haqqlarında ciddi azalma baş verib bu barədə mütəmadi olaraq “Socar” əməkdaşları sosial şəbəklərdə paylaşım edirlər.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.