Soçi görüşü başladı – Video

Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

“Son bir ildə Qarabağda vəziyyətin nizamlanması üçün çox işlər görülüb, lakin təəssüf ki, hələ də həll olunmayan məsələlər var”, – deyə Putin bildirib. 

Bununla yanaşı, V. Putin ayrı-ayrı insidentlər baş versə də, Qarabağda tammiqyaslı döyüş əməliyyatlarının aparılmamasını müsbət hal kimi dəyərləndirib.

“Ümid edirəm ki, yaxın gələcəkdə Qarabağda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı qərarlar qəbul etmək mümkün olacaq. Rusiya, Azərbaycan və Ermənistan əlaqələri məhv etməyə yox, möhkəmləndirməyə çalışmalıdır”, – deyə Putin söyləyib. 

Putinin sözlərinə görə, üçtərəfli görüşün məqsədi Qarabağın dirçəlişinə lazımi şərait yaratmaqdır.

***

İlham Əliyev yaxşı xidmətə görə Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılara təşəkkür edib. Prezident həmçinin qeyd edib ki, sülhməramlıların məsuliyyət zonasında vəziyyət sabitdir.