Şokolad sevənlərə müjdə

sokalad

Şokoladın yeni-yeni faydaları üzə çıxmağa davam edir. Sən demə şokoladın köməyi ilə artıq çəki, qandakı şəkərin miqdarı, diabetlə mübarizə aparmaq olar. Bu baxımdan xüsusilə qara şokoladın faydası çoxdur. Onun tərkibində flavonoidin miqdarı üstünlük təşkil edir. Şokoladın əsası olan kakaonun tərkibindəki məhz bu birləşmə iştahı azaldır və bununla da artıq çəki, diabet riskinin qarşısını almağa kömək edir.

Bundan əlavə bu şirniyyatın intelektini yüksəltdiyi, diqqəti cəmləməyə kömək etdiyi də qeyd edilir.
Qara şokoladın faydası bununla bitmir. O təyziqi salır, ürək sistemini möhkəmləndirir, xərçəng, xora hüceyrələri ilə mübarizə aparır. Şokoladın ən məhşur faydası isə onun stres və depresiya ilə mübarizədə effektivliyidir. Belə ki, şirniyyat xoşbəxtlik hormonu yaranmasını artırır və insanın özünü daha yaxşı hiss etməsinə kömək edir.