Soltan Məmmədov konfransda çıxış etdi

  “Azərbaycanın 2030-cu ilə qədər Vərəmə son verməklə bağlı əsaslı beynəlxalq öhdəlikləri genişləndirmək təşəbbüsü: gündəlikdə Birləşmiş Millətlər Təşkilatının (BMT) 2023-cü il üzrə yüksəksəviyyəli görüşünün güclü siyasi Bəyannaməsi” tədbiri keçirilib.
XALQ.AZ xəbər ki, Milli Məclisin deputatı Soltan Məmmədov tədbir çıxış edib .
Tədbirin məqsədi Vərəmlə bağlı siyasi bəyannamənin hazırlanması prosesini daha diqqətlə izləmək, məsləhətləşmələrdə fəal iştirak etmək və vətəndaş cəmiyyəti təşkilatlarının və icmaların maraqlarını müdafiə edən bəyannamənin qəbul edilməsinə dəstək olmaqdır.
Azərbaycanda ötən müddətdə vərəmlə mübarizə sahəsində uğurlu nəticələr əldə edilsə də bütün dünyada olduğu kimi, dərmanlara qarşı davamlılıq vərəmə son qoymaq üçün görülən işlərə ciddi çətinlik törədir.
Tədbirdə bu istiqamətdə maraqlı və faydalı müzakirələr aparıldı.