Son 6 ayda ölkədə doğulan körpələrin sayı açıqlanıb

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 66687 doğulmuş körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,6) qalıb. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı isə üçəm doğulanlardır.