Soydaşlarımıza belə zülm edilir – İranda

İranın fars-molla rejimi seldən zərərçəkən Güney Azərbaycan bölgələrindəki soydaşlarımızın vəziyyəti ilə maraqlanmır.
Bunu sosial şəbəkədə çoxsaylı şikayətlər də təsdiqləyir.
Güneyli soydaşlarımız bildirirlər ki, İranın rejimi seldən zərərçəkən bölgələrdə insanlara heç bir yardım etmir və demək olar ki, onların güzəranı ilə maraqlanmırlar.
Əsasən soydaşlarımızdan olan yerli sakinlər əhalinin ürəkdağlayan vəziyyətdə olduğunu bildirirlər.
İranın molla rejimindən bezən sakinlər özlərini öldürəcəklərini bildirirlər.
Onlar Azərbaycan dövlətindən yardım istədiklərini dilə gətiriblər.
Qeyd edək ki, iyunun 1-də Güney Azərbaycanın Germi Qəbələ kəndində leysan yağışlar nəticəsində sel olub və sel nəticəsində evləri su basıb.
Həmin video materialı təqdim edirik: