Spiker Fərəc Quliyevə irad tutdu

“Yeni nəsil şəxsiyyət vəsiqələrində mütləq yeni soyadlarla çıxış etmək lazımdır. İndi nə Stalin, nə də Lenin var. Hər şey öz iradəmizdən asılıdır”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fərəc Quliyev deyib. O  hesab edir ki, insanların soyadlarının məcburi qaydada dəyişdirilməsi yaxşı olardı.

“Parlamentin 100 illiyi ilə bağlı qanunda bu dəyişikliyi etmək olar”.

İclasda çıxış edən deputat Aqil Abbas isə Fərəc Quliyevin fikirlərinə etiraz edib:

“İnsanların məcburi qaydada soyadlarını dəyişdirmək olmaz. Bu, könüllü olmalıdır. Bizim kənddə 500 nəfər Abbasov soyadındadır. İndi biz bunu dəyişdirib Abbaslı, Abbaszadə və s. etsək, bütün nəsil itər. Bu yavaş-yavaş ola bilər. Ancaq məcburi şəkildə yox. Çünki demokratik bir ölkədə belə bir şey ola bilməz”.

Milli Məclisin spikeri Oqtay Əsədov isə çıxışlardan sonra üzünü komitə sədri Əli Hüseynliyə tutaraq soruşub:

“- Əli müəllim, cavab vermək istəyirsiniz? Deyəcəksiniz ki, “Fərəc Quliyev özün niyə dəyişmirsən?””.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.