Ssenariyə görə ölməliydi, həqiqətən öldü

1

İordaniyalı məşhur aktyor Mahmud əl Savala çəkiliş meydançasında ölüb.

XALQ.AZ-ın verdiyi xəbərə görə, hadisə ərəb telekanallarında nümayiş olunan “’Blood Brothers” serialının çəkilişi zamanı baş verib.

Məlumata görə, aktyor ssenaridə vurularaq ölən adam obrazının canlandırırmış. Bu vaxt, “öləcəyimi hiss edirəm” – deyərək yerə yıxılan əl Savala bir daha da yerindən durmayıb.

Dünyasını dəyişdiyi məlum olan aktyorun ölümü hər kəsi şoka salıb. Ölümün dəqiq səbəbləri isə hələlik bilinmir.

Bildirilir ki, aktyor vrulduqdan sonra ssenariyə görə, oğluna, “Məni öz əllərinlə basdırmağını istəyirəm” – deməliymiş. Amma onun kamera qarşısında son sözləri, “Öləcəyimi hiss edirəm” – olub.