“Standart İnsurance” sığorta şirkətindən fırıldaqlıq

 

06

 

Şirkət Binəqədə rayon məhkəməsinə qanunsuz sənəd göndərib

 

Xalq.az informasiya agentliyinə Binəqədi rayon sakini  Həbibov Zamiq Rafiq oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Daxil olan ərizədə  Həbibov Zamiq tapdalanmış hüquqları ilə bağlı aidiyyatı qurumlardan yardım istəyir. Şikayət ərizəsində göstərilir ki, “Standart İnsurance” sığorta şirkəti ona qarşı Binəqədi rayon məhkəməsində iddia qaldırıb. İddiada bildirilir ki, Bağırov Ramil tərəfindən idarə olunan  16.05.2013-cü il tarixində 90 VK  995 dövlət nömrə nişanlı avtomobil ilə Nəsimi rayonu ərazisində  90 XG 553 avtomobil ilə toqquşmuşdur. Bu səbəbdən Bağırov Ramil Elxan oğluna Nəsimi DYPŞ-nin 17  may 2013-cü il tarixində inzibati xətalar məcəlləsinə uyğun olaraq 151.1-ci maddəsi ilə təqsirli bilinmişdir.  Vətəndaş Həbibov Zamiqin sözlərinə görə həmin avtomobili Bağırov Ramilə satdığı üçün sığorta şirkətindədə onun adına müqavilə bağlanılıb. Lakin heç bir səbəb göstrərilmədən məni məhkəmə vermişlər və avtoqəzada zamanı dəyən 755 manat  ziyanı mənə qarşı yönəltmişlər.  Şikayətçinin sözlərinə Binəqədi rayon məhkəməsi qanunvercilikdə nəzərdə tutulmayan halda məhkəmə iddiasını rədd etməyib, əksinə mənim məhkəmədə iştirakım üçün yaşadığım mənzilimə məhkəmədə iştirakımla bağlı bildiriş göndərib.

Daha sonra hüquqları tapdalanan vətəndaş Həbibov Zamiq Baş Prokurorluğa və  Ədliyyə Nazirliyinin Məhkəmə hüquqşurasına şikayət edəcəyini bildirir.Xalq.az saytı olaraq yazıda sözügedən şəxslərin mövqeyini də öyrənməyə cəhd etdik. Binəqədi rayon məhkəməsi məsələni dinlədikdən  sonra bizə Standart İnsurance şirkəti ilə əlaqə saxlamağı məsləhət bildi. Sığorta şirkətindən isə özünü təqdim etmək istəməyən hüqüqşünas isə məsələ ilə bağlı danışmaq belə istəmədi.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.