Sumqayıtda atışma: 4 nəfər həbs olunub

 

11

 

Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında baş vermiş atışma nəticəsində yaralanan şəxslərin adları məlum olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar hazırda xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Nadir Təkvəlinin APA-ya verdiyi məlumata görə, həmi şəxslər xəstəxanaya ağır qəlpə yaraları ilə yerləşdirilib. O, yaralıların vəziyyətinin orta-ağır kimi qiymətləndirildiyini bildirib.

Qeyd edək ki, silahlı şəxslərin zərərsizləşdirilməsi əməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

***00.34

Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında baş vermiş atışma nəticəsində yaralanan şəxslərin adları məlum olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bunlar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir.

11.11. 2013 23.29

Sumqayıtda baş verən atışmaya görə həbs olunanlar var. ANS PRESS xəbər verir ki, hadisə şahidlərinin Qaynar.info-ya verdikləri məlumata görə, hazırda 4 nəfər həbs olunub.

Saxlanılanların kimliyi hələ ki, bilinmir.

23:02
Sumqayıtda atışma baş verib. Şəhərin 10-cü mikrorayonunun polis sahə rəisi Mircəlal Abbasovun ANS PRESS-ə verdiyi məlumata görə, saat 21 radələrində “Soltan market”in yaxınlığında vəhhabi təqiqətindən olan şəxslərlə polis arasında atışma baş verib.

Hadisədə ölən və yaralananlar barədə məlumat verilmir. Polis hazırda ərazini mühasirəyə alıb. Həmin şəxslər axtarılır.