Sumqayıtda dəhşət-Dəniz kənarında körpə meyiti atılıb

Sumqayıtda dəniz sahilində uşaq meyiti tapılıb.

XALQ.AZ  xəbər verir ki, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.

Meyitin altı aylıq uşağa aid olduğu bildirilir, lakin meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.

Meyit ərazidən götürülüb.

Faktla bağlı araşdırma aparılır.