Sumqayıtda şəhid ailələri ziyarət edilib-Fotolar

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış “Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində TEKFEN İNŞAAT və TƏSİSAT A.Ş-nin hər tərəfli köməkliyi ilə iyirmi altıncı yardım aksiyası olaraq Sumqayıt şəhərində Şəhid ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verdik.

XALQ.AZ xəbər verir ki,bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, TEKFEN İNŞAAT və TƏSİSAT A.Ş Bakı ofisinin müdiri Barış Altıparmağa, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə hər tərəfli şərait yaradan, ev sahibliyi edən Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcova və 43 saylı Sumqayıt üçüncü Seçki Dairəsindən Milli Məclisin deputatı Emin Hacıyevə xüsusi təşəkkürümüzü bildiririk.