Süni toyuq əti istehsal ediləcək

ABŞ-də səlahiyyətlilər ilk dəfə laboratoriya şəraitində heyvan hüceyrələrindən hazırlanmış toyuq ətinin satışını təsdiqləyiblər.

Bu qərar Kaliforniyada yerləşən iki şirkətə restoranlara və nəhayət supermarket rəflərinə “laboratoriyada yetişdirilmiş” əti təklif etməyə imkan verir.
ABŞ Kənd Təsərrüfatı Departamentinin bu addımı heyvanların öldürülməsini aradan qaldırmağa, heyvan yemini artırmağa və heyvan tullantılarının ətraf mühitə təsirini kəskin şəkildə azaltmağa yönəlmiş ət istehsalının yeni dövrü hesab edilir.

Süni heyvan ətinin satışına icazə verilmiş Good Meat-ı idarə edən Eat Just şirkətinin həmtəsisçisi və baş direktoru Coş Tetrik bildirib ki, bununla heyvanları bəsləmək üçün istifadə edilən yem, su, torpaq istismarın azaldıla bilər. Sözügedən süni ət yeyilmək üçün tam təhlükəsiz sayılır.
Kənd Təsərrüfatı Departamentinin icazə qərarı ABŞ Ərzaq və Dərman İdarəsinin hər iki şirkətin məhsullarının yemək üçün təhlükəsiz olduğu barədə təlimatından aylar sonra verilib.