Suriyada döyüşən azərbaycanlı uşaq – (VİDEO)

Azyaşlının oxuduğu mahnı cihadla bağlıdır. Görüntüdə həmçinin azyaşlının əlində avtomat silah tutduğu və mahnını oxuyub başa çatdırdıqdan sonra “Təkbir” deyərək “Allahu Əkbər” söylədiyi görünür.
Daxil olan məlumata görə Suriyada Azərbaycandan olan xeyli sayda azyaşlı var. Onlar Suriyada döyüşlərə qatılan azərbaycanlıların övladlarıdır. Video görüntüsü yayılan uşaq isə Suriyada vuruşan azərbaycanlıların əmiri “Muhammed” ləqəbli döyüşçünün övladıdır.
Həmin uşaq azərbaycanlı döyüşçülərin əhatəsində əvvəllər də görüntülənib.