Sürücü 2 məktəbli qızı zorladı

Zorlama-1

Türkiyədə dəhşətli cinayətin üstü açılıb.

Xalq.az-ın məlumatına görə, Umurlu şəhərində orta məktəblərin birində iki şagird məktəb avtobusunun sürücüsü tərəfindən zorlanıb.

Belə ki, 42 yaşlı sürücü 16 yaşlı C.D.-ni avtobusda zorlayıb. Qızın şikayəti əsasında araşdırma aparılıb. Məlum olub ki, sürücü təkcə həmin qızı deyil, digər qızı da zorlayıbmış. Sürücü həmin qıza 3 il cinsi təcavüz edib. O, qızı silahla hədələyib. Sürücü qızı bu barədə kimə nəsə deyəcəyi halda öldürücəyi ilə qorxudub. Bu səbəbdən də qız zorlanması barədə heç kəsə deməyib.

Polis dərhal sürücünü həbs edib. Məhkəmənin qərarı ilə qızları zorlayan sürücü 22 il, 2 ay, 7 gün azadlıqdan məhrum edilib.